AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müharibə veteranları və qazilər QHT-nin apardığı hüquqi maarifləndirmədən razı qaldılar - FOTO

  • + A
  • - A
  • 14-04-2023, 23:04

    Müharibə veteranları və qazilər QHT-nin apardığı hüquqi maarifləndirmədən  razı qaldılar - FOTO

    İctimai Birliyin apardığı hüquqi maarifləndirmədən müharibə veteranları və qazilər razı qaldılar

    “Yeni Fikir” JHİB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Müharibə iştirakçılarının dövlətin sosial siyasət sahəsindəki qanunvericiliklə bağlı maarifləndirmə təşəbbüsləri” layihəsinin növbəti tədbiri Zaqatala şəhərində, Heydər Əliyev mərkəzində keçirilmişdir. 20-dən çox müharibə veteranı və qazinin iştirak etdiyi bu tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.



    “Şəhidlərimiz baş tacımız, qələbəmizin təminatçısıdırlar. İlk öncə onları yad etmək bizim mənəvi borcumuzdur,-deyən layihə rəhbəri Elmira Mehdiyeva QHT.AZ-a bildirmişdi ki, layihə çərçivəsində keçirilən tədbirlər onu göstərdi ki, mövzumuz çox aktualdır, qazilərimiz, müharibə veteranlarımız bu tədbirlərdə onları narahat edən onlarla suala cavab tapa bildilər. Bu da bizi sevindirir.”


    Layihənin məqsəd və məramı haqqında ətraflı məlumat alan iştirakçılara müzakirələrə keçməzdən əvvəl ekspert sosial siyasət sahəsindəki qanunvericiliklən konkret nümunələr gətirməklə geniş və əhatəli məlumat verir. Veteranların və qazilərin qanunvericilikdə bilmələri vacib olan məqamları xüsusi vurğulayır. Qeyd edir ki, imtiyazlardan faydalanmaq üçün onlar mütləq qanunları və düzgün müraciət yollarını bilməlidirlər.


    Müzakirələrdə iştirak edən Azərbaycan Bayrağı Ordenli şəhid Zəfər Murtuzəliyevin anası Əzizə Murtuzəliyeva və Milli Qəhrəman Natiq Məmmədovun atası Bəşir Məmmədov qələbəmizdən necə sevinc və qürur hissi duydiqlarını bildirirlər. Onların övladlarının şəhid olmasından 30 ildən çox vaxt keçir. Bu gün onların qanının yerdə qalmaması bu şəhid valideynlərini sevindirir. “Hər bir veteran, qazi bizim övladımızdır. Biz də istəyirik ki, onlar hər cür qayğı ilə əhatə olunsunlar. Dövlətin onlara verdiyi güzəştlərdən məmur səhlənkarlığı ucbatından kənarda qalmasınlar. Çünki onlar Azərbaycan tarixinin ən şanlı səhifəsini yazıblar-“deyən Əzizə ana və Bəşir dayı ilə veteranlar arasında tədbirin sonuna kimi çox gözəl və səmimi, bir münasibət yaranmışdı.


    Çıxış edən qazi və veteranlardan Həsən Yusubov, İsmayıl Eptiyev, Nadim İbrahimov, Namiq Ağayev, gizir Elman İsmayılov, Cəfər Heydərov və başqaları onlara göstərilən qayğıdan danışmaqla yanaşı işlə təminat zamanı rastlaşdıqları çətinliklərdən də söz açdılar.


    Zaqatala Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Seyidov sonda çıxış edərək hər bir veteranın dediyi problemi qeyd etdiyini bildirir. O, bu problemlərin öz həllini tapmasına çalışacağını bir daha vurğulayır. Veteranlara tövsiyə edir ki, şöbə ilə sıx əlaqə saxlasınlar, dəvət olunan bütün tədbirlərdə iştirak etsinlər.


    Veteran və qazilərimiz arasında bu səmimiyyətin və birliyin yaradılmasını, təbii ki, layihənin uğuru sayırıq. Bunu veteranlar da dönə-dönə vurğuladılar.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR