AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AzTU “dövlət-universitet-sənaye” tandemində yeni layihənin icrasına başlayır

  • + A
  • - A
  • 10-05-2023, 15:03

    AzTU “dövlət-universitet-sənaye” tandemində yeni layihənin icrasına başlayır

    Universitet-sənaye işbirliyinin genişləndirilməsi çərçivəsində “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 8 may 2023-cü il tarixində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Yevlax, Göyçay və Şəki Şəhər İcra hakimiyyətləri arasında müqavilə imzalanıb.

    Qeyd edək ki, müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur.





    İmzalanma mərasimlərində AzTU-nun rektoru Vilayət Vəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun iştirakı ilə keçirilən geniştərkibli görüşdə bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması və “Heydər Əliyev İli”ndə icra olunması mühüm hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhfədir. Məhz Ulu Öndər şəhərlərimizin, o cümlədən Yevlax şəhərinin dayanıqlı inkişafına, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verir və bu işlərə şəxsən özü rəhbərlik edirdi.

    Qeyd olunub ki, bu planlı və məqsədyönlü işlərin davamı olaraq, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Dayanıqlı inkişaf məqsədlərinin hədəf, meyar və göstəriciləsinin milliləşdirilməsi üçün genişmiqyaslı, məqsədyönlü və əhəmiyyətli işlər ardıcıl olaraq həyata keçirilir. Odur ki, icrasına başlanılan sözügedən layihə məhz 2030-cu ilədək atılacaq addımların gündəliyində yerli tərəfdaşların bilavasitə iştirakı ilə qarşıya qoyulan 11-ci məqsədin həyata keçirilməsinə xidmət edir. Bu məqsəd üzrə qarşıya qoyulan işlərin görülməsi özündə təhlükəsiz, hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, xüsusilə həssas vəziyyətdə olanların, qadınların, uşaqların, əlillərin və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə təhlükəsizliyin yaxşılaşdırlmasını ehtiva edir.

    Görüşlərdə Yevlax, Göyçay və Şəki Şəhər İcra hakimiyyətlərinin əməkdaşları, həmçinin AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak edib.

    Sonda AzTU-nun Sosial İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri Rayon İcra hakimiyyətlərinin başçılarına təqdim edilib.

    Məlumat üçün bildirək ki, “dövlət-universitet-sənaye” tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin layihəsi Rayon İcra hakimiyyətləri ilə AzTU arasında ilk layihədir. AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyəti və universitetin tələbələrinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə başlanğıc (kickoff meeting) görüş keçirilib, ilkin müzakirələr, layihənin gedişatına dair fikir mübadiləsi aparılıb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR