SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” bu dəfə Biləsuvar rayonunda təşkil olunub. Daha dəqiq desək, rayonun Köhnə Amankənd yaşayış massivində. Aksiyaya qatılan sakinlər Amankəndin köhnədən qalan probleminin həllini, yəni yaşayış massivinin qazlaşdırılmasını istəyiblər. Mikrofon önündə bütün kəndin adından çıxış edən 5 sakinin tək istəyi SOCAR “Azəriqaz” İB-nin Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydiyyata alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.