"SOCAR "Azəriqaz" İstehsalat Birliyi vətəndaşların qaz təchizatı ilə bağlı problemlərinin həlli istiqamətində bütün lazımi addımları atır. Bu gün də sizinlə görüşümüzün məqsədi budur. Sizdən xahiş edirik ki, üzləşdiyiniz çətinlikləri rahat şəkildə səsləndirəsiniz". Bu sözləri "Azəriqaz" İB-nin baş direktorunun müavini Rəşad Cavadov "Açıq mikrofon" aksiyası çərçivəsində Ucar rayonunda vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Mikrofon önünə keçən sakinlər uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsi, qaz sayğacının əvəzlənməsi, istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar. Səsləndirilən hər bir müraciət Birlik rəhbərliyi tərəfindən cavablandırılıb, araşdırılması üçün müvafiq tapşırıq verilib. Məlumat üçün bildirək ki, aksiyada Birliyin rəhbər şəxsləri ilə yanaşı, Ucar Rayon İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.