AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Açıq mikrofon"dan sonra vətəndaşın müraciətinə yerində baxış keçirildi

  • + A
  • - A
  • 18-05-2023, 19:33

    "Açıq mikrofon"dan sonra vətəndaşın müraciətinə yerində baxış keçirildi


    SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Lerik rayonunda baş tutub. Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşlarla görüşərək qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyiblər. Aksiyaya Lerikin Bırkandul kəndindən üz tutan Cavid Kişiyev sözügedən kəndin qazlaşdırılmasını xahiş edib. Arzuman Əsədullayev küçəsində yaşayan Rauf Muxtarovun müraciəti isə qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub. Görüş yekunlaşdıqdan sonra Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi Rauf Muxtarovun ünvanladığı müraciətə yerində baxılması üçün həmin ünvana gələrək məsələ ilə daha yaxından tanış olublar. Abonentin müraciətinin dərhal həlli ilə bağlı aidiyyəti üzrə göstəriş verilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR