SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” növbəti dəfə Zərdab rayonunda təşkil olunub. 10-a yaxın sakinin qatıldığı aksiyada ümumilikdə 8 müraciət ünvanlanıb. Mikrofon önünə çıxan 3 abonent debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini xahiş edib. 2 abonent qaz xəttinin yerinin dəyişdirilməsini, 2 sakin isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyatı aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.