AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yevlax rayonunun sahibkarları "Açıq mikrofon"da suallarını ünvanladı

  • + A
  • - A
  • 8-06-2023, 20:51

    Yevlax rayonunun sahibkarları "Açıq mikrofon"da suallarını ünvanladı

    SOCAR "Azəriqaz" İB-nin "Səyyar qəbul otağı" Yevlax rayonunda fəaliyyət göstərən sahibkarlar üçün təşkil olunub. Görüş zamanı Tərtər RQİİ-nin rəisi aksiyanın məqsədini izah etdikdən sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsinə söz verilib. Çıxış edən KOBİA nümayəndəsi ölkədə sahibkarlığın inkişafına dəstək baxımından bu cür layihələrin keçirilməsinin təqdirəlayiq hesab edildiyini bildirib. Daha sonra mikrofon sahibkarların ixtiyarına verilib. Qaz təchizatında hər hansı bir problemlərinin olmadığını bildirən sahibkarlar bir tək təbii qaza tətbiq edilən tariflərlə bağlı suallarını ünvanlayıblar. Tərtər RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeyd edilən suallarla bağlı sahibkarlara ətraflı məlumat verilib. Sahibkarlarla yanaşı, sakinlər də "Açıq mikrofon"un imkanlarından yararlanıblar.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR