AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Berluskoninin dəfn günü İtaliyada milli matəm elan ediləcək

  • + A
  • - A
  • 12-06-2023, 20:15

    Berluskoninin dəfn günü İtaliyada milli matəm elan ediləcək

    Adnkronos xəbər agentliyi hökumətin bəyanatına istinadən xəbər verir ki, Milanda iyunun 14-də keçmiş baş nazir Silvio Berluskoninin vəfatı ilə əlaqədar milli matəm elan olunacaq və onun dəfn mərasimi elə həmin gün keçiriləcək.

    İyunun 12-dən 14-dək ölkədəki bütün dövlət qurumlarında və İtaliyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinin binalarında bayraqlar yarıya qədər endiriləcək.

    İyunun 14-də, dövlət dəfn mərasiminin keçiriləcəyi gün milli matəm elan ediləcək.

    Xatırladaq ki, sabiq baş nazir bu gün 87 yaşında dünyasını dəyişib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR