AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşa rayonunda Azərbaycan Polisinin yaranmasının 105 illiyi ilə əlaqədar tədbir keçirilib

  • + A
  • - A
  • 2-07-2023, 13:23

    Şuşa rayonunda Azərbaycan Polisinin yaranmasının 105 illiyi ilə əlaqədar tədbir keçirilib


    Şuşa rayonunda Azərbaycan Polisinin yaranmasının 105 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayon ərazisindəki Şəhidlər abidəsini ziyarət ediblər, önünə gül-çiçək dəstələri düzüblər. Daha sonra polis şöbəsində davam etdirilən tədbirdə danışan
    çıxışçılar Azərbaycan Polisinin 105 illik fəaliyyəti haqqında ətraflı məlumat veriblər, daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndiriblər. Sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunub saxlanılmasında polis əməkdaşlarının müstəsna xidmətləri olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar.
    Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara, eləcə də polis veteranlarına hədiyyə və mükafatlar təqdim olunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR