SOCAR “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Şirvan şəhər sakinlərinin ixtiyarına verilib. Aksiyada ümumilikdə 4 müraciət ünvanlanıb ki, bunların da hamısı eyniyönümlü olub. Daha dəqiq mikrofon önünə çıxan abonentlər qaz sayğacının yenisi ilə əvəzlənməsini xahiş ediblər. Səslənən hər 4 müraciət Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydiyyata alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.