“Cari ilin sonunadək 150-dək yaşayış məntəqəsi və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Bunların 92-sində hazırda daşıyıcı və paylayıcı küçə xətlərinin çəkilişi davam edir. Qalan 60-a yaxın kənd və massivdə isə işlərə avqust ayında başlanılması planlaşdırılır”. Bunu Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib. Qurum rəsmisi, həmçinin qeyd edib ki, bu il də əsasən yeni yaşayış massivlərinin qazlaşdırılması ön plandadır. Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev isə ilin ilk 6 ayında daxil olan müraciətlərin sayını açıqlayıb. Şöbə rəisi ötən ilin anoloji dövrü ilə müqayisədə müraciət və şikayətlərin azaldığını bildirib. Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.