AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həssas qruplardan olan qadınlar özünüməşğulluq proqramına cəlb olunur - FOTOLAR

  • + A
  • - A
  • 28-07-2023, 00:32

    Həssas qruplardan olan qadınlar özünüməşğulluq proqramına cəlb olunur - FOTOLAR

    “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi” İctimai Birliyi region qadınları üçün “Şirvan zonasında həssas qruplardan olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunması və sahibkalıq bacarıqlarının inkişaf etdirilməsi”- informasiya treninq proqramını həyata keçirməyə başlayıb.

    Birliyin rəhbəri Südabə Şirəliyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi icra olunur: “Birinci mərhələnin tədbirləri tədbir qrafikə uyğun olaraq artıq başa çatmışdır. Tədbirlər İsmayıllı, Ağsu Şamaxı və qobustna rayonlarında həyata keçirilib. Layihənin əsas məqsədi məşğulluq problemini aradan qaldırmaq və yeni peşələrə yiyələnmək məqsədi ilə mövcud imkanlardan istifadə etməklə az saylı qruplarda peşələrə yiyələnməklə və Məşğulluq Agentlliyinin paketleri əsasında yeni iş yerlərinin yaradılmasına, orta və kiçik sahibkarlığın inkişafına əlverışli şəraitin yaradılmasında region qadınlarının rolunu artırmaqdan ibərətdir. Regionlarda özünü məşğuluq problemlərini həll etmək üçün kənd turizminin inkişafı diqqət mərkəzində saxlanmalıdır. Kənd yerlərində evlərin kənd turizminin inkişafı üçün hazırlanmasında əlverişli imkanlardan istifadə etməyə imkan olmadığı üçün bu sahəni də - xalq sənətkarlığını və xalçaçılığı maraq sahəsindən kənarlaşdırır”.

    Südabə Şirəliyeva hesab edir ki, bu regionda kənd turizmi inkişafında xalq sənətkarlığının proqram kimi inkişaf etdirilməsi nəzərə alınmalıdır: “Proqram işlənib hazırlanarkən bu regionun tarixə düşmüş sənatkarlıq sahələrinin inkişafına xüsusi diqqət yetirilməlidir. Son illərin müşahidələri göstərir ki, ölkəmizdə qadınlar kiçik biznesin yaradılmasına və özünüməşğulluğuna daha çox maraq göstərirlər. Bütün təbliğat və maarifləndirmələrə baxmayaraq, bizneslərini təşkil etmək yolunda “zəif cinsin” nümayəndələri ilk növbədə cəmiyyətin sırf psixoloji təzyiqi ilə üzləşirlər. Stereotiplər, Şərq təfəkkürü, kişi tərəfdaşlar tərəfindən qeyri-ciddi münasibəti aradan qaldırmaq bəzən işə başlamaqdan daha çətindir. Bəli, qadınların uğurlarını sübut etmək üçün hələ də daha çox vaxta ehtiyacları var. Kişilərlə müqayisədə biznes üçün lazım olan ilkin kapitalı toplamaq onlar üçün daha çətindir”.

    O, təəssüf hissi ilə qeyd edir ki, qadınların dövlətlərin sosial-iqtisadi həyatında bərabər iştirakı hələ də dünyanın bütün aparıcı təşkilatlarının gündəmində duran aktual məsələlərdən biridir: “Müstəqillik illərində Azərbaycanda bu mövzuya xüsusi diqqət yetirilib, dövlət strukturlarının fəal dəstəyi qadın sahibkarlığının inkişafına müsbət istiqamətdə dəyişməsinə kömək edib. Amma bizim “biznes xanımlar”ın hələ də problemləri çoxdur. Azərbaycan regionlarinda və ümumiyyətlə Azərbaycanda özünüməşğulluğun inkişafının əsas tendensiyaları və istiqamətləri, vergitutma və sosial təminatların təmin edilməsi sahəsində xarici təcrübə nəzərə alınmaqla, xidmət təminatçıları və müştərilər üçün risklər, habelə təsirləri nəzərə alınmaqla yeni istiqamətlər müəyyənləşdirilməlidir və biz bunu bu layihə çərçivəsində Qobustan rayonu qadınları ilə müzakirə etməyi planalşdırmışıq. Sahibkarlıq fəaliyyəti prosesində olan qadınlar əhəmiyyətli çətinliklərlə üzləşirlər, lakin qeyd etmək lazımdır ki, qadın sahibkarlığının dəstəklənməsi üçün mövcud problemləri minimuma endirməyə və həll etməyə imkan verən özünüməşğulluq üçün yeni xidmətlər və hökumət tərəfindən həyata keçirilən dəstək tədbirləri vardır”.

    Qeyd edək ki, əmək münasibətlərinin aşınması tendensiyası müşahidə olunur. Bu QHT -nin həyata keçirdiyi layihənin əsas məqsədi “kölgədən çıxmaq” üçün stimullaşdırıcı tədbirlərin işlənib hazırlanması və özünüməşğulluqda artım sahələrinin inkişafında qadınların potensialının artırılmasına kömək etmək məqsədi daşıyır. Elə problemlər var ki, özünüməşğulluğun dəstəklənməsi və tənzimlənməsi üçün adekvat tədbirlərin işlənib hazırlanmasını tələb edir. Bu,problemlər xüsusilə çətin vəziyyətlərdə olan insanlara - qadınlara dəstək olmaq üçün əlavə yollar tələb edən pandemiya və evə kilidləmə zamanı özünü göstərdi. Biz hesab edirik ki, icra hakimiyyəti orqanları aktiv məşğulluq tədbirləri hazırlayarkən, layihələrin hədəflərinə nail olmaq üçün, habelə makro səviyyədə məşğulluq siyasətinin əsas istiqamətlərini müəyyən edərkən qadınların potensialının üzə çıxarılmasına çalışmalıdırlar.

    Qadın sahibkarlığının inkişafının nəzərdən keçirilməsi və qiymətləndirilməsi qadınların üzləşdiyi müxtəlif problemlərin olması ilə xarakterizə olunur. Bundan başqa qeyd etmək lazımdır ki, region qadın sahibkarların uğur hekayələri mediada və bazar iştirakçıları arasında az işıqlandırılır. Buna görə də, bir çox qadınlar kimdən nümunə götürəcəyini, bu və ya digər fəaliyyət növünün nə qədər zəhmətli olduğunu, ev təsərrüfatlarında yerinə yetirilən müxtəlif öhdəliklərlə nə qədər birləşdirildiyini bilmir, həmişə uğurlu kişi sahibkarlar arasında dəstək tapmırlar, ilk növbədə mərhələdə maliyyə resurslarının mövcudluğu haqqında alternativ məlumat yoxdur. Bu, ilham almaq və özünüzə və qabiliyyətlərinizə inam qazanmaq imkanının olmamasına gətirib çıxarır.

    Qeyd etmək lazımdır ki, Azərbaycanda qadın sahibkarlığının dəstəklənməsi üçün çoxlu sayda milli layihə və proqramlar həyata keçirilir ki, bu da bir çox cəhətdən qadınlara öz bizneslərini inkişaf etdirməyə kömək edir, eləcə də insanların qadınların uğurları haqqında məlumatlılığını artırır. “Qadın və Müasir Dünya” SX Mərkəzi İB – 1999 –cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. 2008 –ci ildən "Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında Xüsusi Konsultativ Statusa malik QHT-dir.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR