SOCAR "Azəriqaz" İB-nin bölgələrdə təşkil etdiyi "Səyyar qəbul otağı"nın növbəti ünvanı Siyəzən rayonu olub. İlk olaraq Xaçmaz RQİİ-nin rəisi çıxış edərək aksiyanı açıq elan edib. Daha sonra mikrofon önünə sakinlər çıxaraq müraciətlərini ünvanlayıblar. Yenikənd camaatı fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi yaşayış evinin qazlaşdırılması və qapı keçidinin quraşdırılması kimi məsələlərlə bağlı çıxış ediblər. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.