AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir" adlı tədbirlər təşkil olunacaq

  • + A
  • - A
  • 2-08-2023, 12:27

    "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir" adlı tədbirlər təşkil olunacaq

    "Bələdiyyə, Resurs və Təlim Mərkəzi" İctimai Birliyi "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsinin icrasına start verib
    .

    İctimai Birliyin sədri Gülnarə Əmiraslanova mövzu ilə baglı bildirib ki, layihənin icra müddəti 01 avqust-31oktyabr tarixlərini əhatə edir: "Layihədə ailə dəyərlərinin təbligi, valideyn məsuliyyətliliyinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizə və erkən nikahların fəsadları ilə bağlı valideynlərlə maarifləndirici təlimlərin keçirilməsi nəzərdə tutulub. Layihə Samux rayonunun Qarayeri qəsəbəsi, Çobanabdallı və Sərkar kəndlərində yaşayan 75 valideynə həftədə bir gün dord mövzu üzrə: 1. Azərbaycanda ailə dəyərləri. 2. Övlad- valideyn münasibəti. 3. Erkən və qohum nikahların fəsadları. 4. Valideyn məsuliyyətliliyi-ümumilikdə 12 təlimin keçirilməsi nəzərdə tutulub".

    Qeyd edək ki, layihənin açılış tədbiri və yekun konfransı keçiriləcəkdir. Adıçəkilən layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihə çərçivəsində valideynlərə mövzu ətrafında bukletlər hazırlanaraq paylanılacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR