AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 15-08-2023, 13:47

    Narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı tədbir keçirilib - FOTOLAR

    Avqustun 14- də Tərtər rayon YAP-ın binasında “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin “Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihəsinin ilk tədbiri keçirilib.

    Birlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin məqsədi regionlarda narkomaniya, tütün və digər zərərli vərdişlərin acınacaqlı, fəlakətli nəticələri barədə əhalini xüsusilə gəncləri məlumatlandırmaq, onları kənar təsirlərdən qorunmalarına yardım etməkdir.

    Bununla bağlı keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin əməkdaşı Rəqsanə Quliyeva layihənin mövzusunun dövrümüz üçün ən aktual problemlərdən biri olduğunu qeyd edib. Layihənin rəhbəri, Birliyin sədri Telman Dadaşov sağlamlığa zərərli olan və asılılıq yaradan vərdişlərin ən çox məlum olanları və sağlamlığa ən çox təsir edənlərin siqaret və narkotik maddələr olduğunu vurğulayıb: “Əsrin bəlası olan narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa ölçüyə gəlməyəcək dərəcədə mənfi təsir göstərən amildir. Narkotik vasitələrə aludəçilik son illər respublikamızda da artmaqdadır. Problemin qarşısını almaq hələ də mümkün olmayıb. Narkotik istifadəçilərinin sayının artması müşahidə olunur. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2022-ci ildə Azərbaycanda müxtəlif növ narkotiklərdən istifadə edənlərin sayı 35 min nəfərdən çoxdur. Bunlardan 572 nəfəri qadınlardır. Narkotik istifadəçilərinin əksəriyyəti orta yaşlı insanlardır. Onların sayı 12,06 min nəfərdir. Ən çox narkoman Bakıda - 8565 nəfər, daha sonra Lənkəranda -3837 nəfər və Sumqayıtda -3343 nəfər qeydə alınıb”.

    Tərtər rayon Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla profilaktik işin təşkili qrupunun Baş inspektoru Bəxtiyar Əliyev, Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili polis Baş leytinantı Elşən Əmrahov, Tərtər rayon Gənclər və İdman İdarəsinin Baş məsləhətçisi Müşviq Həsənov, Yetkinlik yaşına çatmayanlarların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov və yerli ərazi nümayəndələri mövzuya münasibət bildirib, problemlərin əksəriyyətinin ailədən qaynaqlandığını və bunun birbaşa tərbiyə məsələləri ilə bağlı olduğunu vurğulayıblar.

    Qeyd edək ki, layihə 3 ay müddətində 5 rayonda - Ağdam,Tərtər,Bərdə,Goranboy və Ağcabədi rayonlarında həyata keçiriləcək.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR