AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Növbəti "Səyyar qəbul otağı" Göygöl rayonunun Hacıkənd kəndində quruldu

  • + A
  • - A
  • 15-08-2023, 19:09

    Növbəti "Səyyar qəbul otağı" Göygöl rayonunun Hacıkənd kəndində quruldu

    "Açıq mikrofon" aksiyası çərçivəsində vətəndaşlarla növbəti görüş Göygöl rayonunun Hacıkənd kəndində baş tutub. SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional qaz istismarı İdarəsinin baş mühəndisi mikrofon önünə keçərək vətəndaşları qaz təsərrüfatına dair qarşılaşdıqları çətinlikləri açıq şəkildə səsləndirmələrini xahiş edib. Daha sonra "Səyyar qəbul otağı" vətəndaşların ixtiyarında olub. Sakinlər çıxışları zamanı fərdi qazlaşma, küçə qaz xəttinin çəkilməsi, fərdi yaşayış evinə əlavə qaz sayğacının quraşdırılması ilə bağlı müraciətlər ediblər. Səsləndirilən hər bir müraciət araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR