Marketinq Fəaliyyətinin İnkişafina Dəstək İctimai Birliyi “Quba-Xaçmaz iqtisadi rayonunda tənha qadınlara özünüməşğulluq fəaliyyətinin təşviqi” layihəsini avqustun 14-də Xaçmaz rayonunda icra edib.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihə məkan olaraq Xaçmaz Qadın Resurs Mərkəzində icra edilib.
Layihə rəhbəri Sənan Yəhya layihədə iştirak edən qadınlara layihənin məqsədi haqqında geniş məlumat verib. Eyni zamanda Azərbaycan Respublikasında qadın və kişi hüquqlarının bərabər olduğunu, qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün həyata keçirilən fəaliyyətlər haqqında məlumat verib: "Bütün bunlara baxmayaraq, ölkəmizdə qadınların müstəqil iqtisadi fəaliyyətlə məşğul olmalarına maneə yaradan əsas amillərdən biri milli adətlərdən irəli gələn ictimai düşüncələrdir. Belə düşüncələrdən azad olan xanımlar layiqli məşğulluqlarını təmin etməklə uğur hekayəsi yaradırlar”.
Xaçmaz Qadın Resurs Mərkəzinin rəhbəri Firavan Əmrahovaya Xaçmaz Qadın Resurs Mərkəzinin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, regionda qadınların davamlı inkişafı zəruridir: “Regionlarda qadın sahibkarlığının inkişafı, miqrasiyanın, insan alverinin qarşısının alınması istiqamətində dövlətin həyata keçirdiyi fəaliyyətlərə əlavə dəyər qatır. Bu gün həyata keçirilən layihənin davamlılığının təmin olunması istiqamətində əlavə fəaliyyətlərin həyata keçirilməsi zəruridir. Effektin nəticələrə nail olunması üçün qarşıda uzun bir yol var və bu yolçuluqda qadınların aktivliyindən çox şey asılıdır”.
Əlil Qadınlar Cəmiyyətinin Xaçmaz rayon üzrə koordinatoru Lalə Rəhmətullayevaya bildirib ki, qadın ailənin aparıcı qüvvəsidir: “Qadınlar öz bacardıqları sahədə uğurlu iqtisadi fəaliyyətlər qura bilərlər. Bu fəaliyyətlər sahəsində onlar öz ailələrində iqtisadi səlahiyyətlərini artırmaqla ailə büdcəsinə əlavə gəlirlər qazandıra bilərlər. Heç bir qadın tənhalıqdan sığortalanmayıb. Qadınlar özləri müstəqil olaraq iqtisadi azadlıqlarını təmin etməyi bacarmalıdırlar. Bu səbəblə, qadınlar həyata keçirilən belə layihələrdə aktiv olmalı və digər qadınları da belə layihələrə qoşulmağa təşviq etməlidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.