SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası Naftalan rayonunun Xan Qərvənd kəndində baş tutub. Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin baş mühəndisi sakinləri yerlərdə vətəndaşların qaz təsərrüfatına dair problemlərinin dinlənilməsinə və onlara Birliyin səlahiyyətləri çərçivəsində köməklik edilməsinə xidmət edən aksiyanın imkanlarından yararlanmağa çağırıb. Mikrofon önünə keçən sakinlər Xan Qərvənd kəndində yerləşən Mirzə Məmmədov adına tam orta məktəbin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və fərdi qazlaşma ilə bağlı müraciətlər ünvanlayıblar. Səsləndirilən hər bir müraciət Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb, vətəndaşlara lazımi izahatlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.