AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bərdədə “Narkomaniya və onun fəsadları!” mövzusunda dəyirmi masa keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 24-08-2023, 13:04

    Bərdədə “Narkomaniya və onun fəsadları!” mövzusunda dəyirmi masa keçirilib - FOTOLAR

    Bu gün Bərdə şəhərində “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin həyata keçirdiyi “Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihə çərçivəsində “Narkomaniya və onun fəsadları!” mövzusunda dəyirmi masa keçirilib.

    “Tərəqqi”Sosial İnkişaf İB-nin sədri, layihə rəhbəri Telman Dadaşov bildirib ki, tədbirdə donor, icraçı təşkilat və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihə haqqında ətraflı məlumat verib: “Narkotik asılılıq yaradan ən təhlükəli maddədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki, mənəvi və psixoloji cəhətdən məhv olur. Bu maddə təkcə onu qəbul edənin deyil, yaxınlarının da həyatını məhv edir. Hazırda dünyada 2 milyondan artıq narkoman var ki, onların da çoxunu gənclər təşkil edir. Narkotik maddə asılılığı insanın bütün sahələrdə qabiliyyətini azaldır, sağlamlığını məhv edir. Buna baxmayaraq insan asılılıq səbəbi ilə maddəni qəbul etməyə davam edir. Bir sözlə narkotik ölüm silahıdır”.

    Bərdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Səbuhi Qasımov bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib.

    Bərdə Rayon Polis şöbəsinin rəis müavini, Nəbi Məmmədov, Bərdə rayon Polis Şöbəsinin Narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili Bəhruz Zeynalov rayonda narkomaniyaya qarşı mübarizə tədbirlərindən ətrafı danışıblar və ictimayət nümayəndlərini bu işdə birləşməyə birlikdə mübarizə aparmağa səsləyiblər.

    Bərdə ASAN xidmətin könüllülər qrupunun rəhbəri Şamxal Yaqubov çıxış edərək məsələyə münasibət bildirib. O, valideynlər arasında, məktəblərdə maarifləndirmənin davamlı aparılmasının vacibliyini vurğulayıb.

    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR