AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi layihəsinin 10-cu tədbirini keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 26-08-2023, 14:12

    “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi layihəsinin 10-cu tədbirini keçirilib - FOTOLAR


    Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy rayon Uşaq və Ailərə Dəstək mərkəzində “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihəsinin 10-cu tədbiri keçirilib.

    Layihənin məqsədi regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarını keçirilməklə, narkomaniya, tütün və digər zərərli vərdişlərin acınacaqlı, fəlakətli nəticələri barədə əhalini xüsusilə gəncləri məlumatlandırmaq, onları kənar təsirlərdən qorunmalarına yardım etməkdir.

    Layihə rəhbəri Telman Dadaşov “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda çıxış edərək təəssüflə qeyd edib ki, narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib: “Ən acınacaqlı və haqlı narahatlıq doğuran hal isə gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasıdır. Cəmiyyəti bu bəladan xilas etmək, yeni nəslin sağlam böyüməsi, gələcəyimiz olan gənclərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısını almaq dövlətimizin başlıca vəzifələrindən biridir və dövlətimizin daimi nəzarətindədir. Bununla belə narkomanların sayı artmaqda davam edir. Belə başa düşürəm ki, narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var. Bir sözlə, gənclər mənəvi və psixoloji, eyni zamanda da fiziki cəhətdən o qədər güclü olmalıdır ki, onu heç bir şər qüvvə təsir altına sala bilməsin, sağlam gənclik yetişsin”.

    Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Səbuhi Məhərrəmov, Yetkinlik yaşına çatmayanlarların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu Rauf Behbudzadə, Goranboy Polis şöbəsindən Əli Məmmədov, Goranboy rayon Uşaq və Ailələrə Dəstək mərkəzinin direktoru Sənəm xanım Alxasova, RGM –ni sədri Şərqiyyə xanım Dadaşova, Goranboy Mərkəzi xəstəxanasından İlqar Məmmədov, Qızılhacılı, Xanqərvənd, Nərimanlı məktəblərinin müəllimləri və digərləri iştirak etdilər və təkliflərlə çıxış ediblər.

    Çıxışlarda məktəblərdə valideynlərlə işin gücləndirilməsi, reablitasiya mərkəzlərinin açılması, maarifləndirmə tədbirlərinin sayının artırılması təklifləri irəli sürülüb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR