“Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən icra olunan “Erkən nigahlara yox deyək” adlı layihə çərçivəsində Şirvan şəhər Mərkəzi Xəstəxanasında tədbir keçirib.
Birliyin sədri, layihə rəhbəri Əli Mirzəyev bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilir: “Layihə çərçivəsində keçirilən tədbirdə Şirvan şəhər Mərkəzi Xəstəxanasının əməkdaşları, xəstəxananın baş həkiminin müavini Qabil Mirzəyev iştirak ediblər. Tədbirdə əsasən tibb işçilərinin iştirak etdiyini nəzərə alaraq erkən nikahlara əsasən fizioloji aspektdən aydınlıq gətirilməsi daha məqsədəuyğun olardı. Erkən nikahların fəsadlarının hüquqi, sosial, psixoloji aspektlərdən qiymətləndirilməsi məsələsi vurğulanıb və iştirakşılar müzakirələrə cəlb edilib”.
Qeyd edək ki, tədbirdə həkim Qalib Mirzəyev bildirib ki, 40 illik həkimlik təcrübəsində nəinki erkən nikahlara, eyni zamanda erkən nikahlardan doğulan uşaqlar və onların üzləşdiyi çətinliklərlə rastlaşıb. İştirakçısı Aysel Vəlizadə müzakirəyə qoşularaq qeyd etdi ki, ginekoloq işlədiyim doğum şöbəsində çoxlu ginekoloji problemləri olan azyaşlı qızlarla rastlaşmışıq, ona görə də valideynlər qızlarını erkən yaşlarında nəinki ərə verməyə tələsməməlidirlər, hətta yetkinlik yaşına çatan qızlarını həkim müayinəsinə təqdim etməlidirlər. Həkim Natəvan Əliyeva qeyd edib ki, erkən nikahlar qızların təhsil hüququnun pozulmasına şərait yaradır, yalnız savadlı ananın savadlı övladları ola bilər.
Fasilə zamanı da müzakirələr davam etdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.