AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəran şəhərində dəyirmi masa və sərgi təşkil edilib - FOTOLAR

  • + A
  • - A
  • 4-09-2023, 18:06

    Lənkəran şəhərində dəyirmi masa və sərgi təşkil edilib - FOTOLAR

    Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin "Sənətkarlıqdan sosial sahibkarlığa” adlı layihəsi çərçivəsində Lənkəran şəhərində tədbir keçirilib.
    Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Mədəniyyət Nazirliyinin Lənkəran – Astara regional mədəniyyət idarəsinin təşkilati dəstəyi ilə həyata keçirir. Layihənin ilk tədbiri sentyabrın 1-də Lənkəran – Astara regional mədəniyyət idarəsinin təlim və sərgi mərkəzində təşkil edilib. Tədbirdə əsasən cənub regionu üzrə layihənin benefisiarları iştirak edib və onlara sənətkarlıq sahəsində sosial sahibkarlıq fəaliyyətinin qurulması mövzusunda dəyirmi masa keçirilib. Həmçinin sənətkarların əl işlərindən ibarət sərgi təşkil olunub. Tədbirdə Lənkəran, Masallı, Lerik və Astaradan olan sənətkarlar, mədəni irs sahəsi üzrə ixtisaslaşmış sahibkarlar və mütəxəssislər iştirak edib.

    Birlikdən verilən məlumata görə, tədbirin açılışında çıxış edən Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin sədri Aytən Həsənova "Sənətkarlıqdan sosial sahibkarlığa” adlı layihənin məqsəd və vəzifələrindən ətraflı bəhs edib: “Layihənin sənətkarların peşəkar bacarıqlarının artırılmasına, sosial sahibkarlıq fəaliyyətinin təşkilinə, həmçinin milli məhsul brendlərimizin sayının artırılması və ixracına dəstək olmaqla yanaşı, cənub regionunun sənətkarlıq nümunələrinin tanıdılmasına, qədim sənət ənənələrinin dirçəldilməsinə və şəhərin mədəni həyatının inkişafına dəstək verəcək”.

    Lənkəran-Astara regional mədəniyyət idarəsinin rəhbəri Bəxtiyar Qılıncov qonaqları Lənkəranda görməkdən məmnun olduğunu bildirib: “İcra olunan layihə cənub regionu üçün vacibdir və ölkənin bütün bölgələrində təşkil olunması əhəmiyyətlidir.

    “Leyla Xazari” Rəsm Qalereyasının təsisçisi və rəhbəri Leyla Xəzəri sənətkarların istehsal etdikləri məhsulların brendləşdirilməsinin əhəmiyyətindən və bunun yollarından danışaraq öz tövsiyələrini verib.

    Layihənin mentoru Arif Nəcimov
    öz çıxışında sənətkarların sahibkarlıq fəaliyyəti və sosial sahibkarlığa keçidi haqqında ətraflı məlumat paylaşıb, gələcəkdə sənətkarlar daha çox cəmiyyətə və ətraf mühitin qorunmasında necə iştirak edə biləcəkləri barədə imkanlardan danışıb.

    Tədbir çərçivəsində keçirilən dəyirmi masada iştirakçılar mövzu ətrafında maraqlı fikirlərini paylaşıb, layihənin işçi qrupu tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir cənub bölgəsini təmsil edən sənətkarların əl işlərindən ibarət sərgi ilə yekunlaşıb. Sərgidə Azərbaycan xalq sənət növlərinin, xüsusilə dünyada analoqu olmayan miniatür xalçaların nümayişi, Masallı misgərlərinin, Lənkəran həsirçilərinin əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Qeyd edək ki, sözügedən layihə cari ilin iyul – sentyabr aylarını əhatə etməklə 2 regionda keçirilir və növbəti tədbir Şəki şəhərində təşkil olunacaqdır. Layihənin sonunda Bakı şəhərində regionlardan olan sənətkarlar, ekspert və qonaqların iştirakı ilə “Sənətkarlıqdan sosial sahibkarlığa” adlı sərgi-konfrans tədbirinin təşkili nəzərdə tutulub.

    Təşkilatın fəaliyyəti və gördüyü işlər barədə bu linkdən əlavə məlumat əldə etmək olar: www.facebook.com/amiss.achci.azerbaijan







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR