AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şirvan şəhərində “Erkən nikahlara yox deyək” adlı seminar keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 12-09-2023, 17:19

    Şirvan şəhərində “Erkən nikahlara yox deyək” adlı seminar keçirilib - FOTOLAR

    “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecində növbəti seminar keçirilib. “Erkən nikahlara yox deyək” adlı layihə çərçivəsində təşkil olunan seminar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə keçirilib.
    Bu barədə Birliyin sədri Əli Mirzəyev məlumat verirb. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Rəfail Nəsirov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllimləri iştirak ediblər. Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Rəfail Nəsirov mövzunun aktuallığı barədə danışıb: “21-ci əsr, texnologiyalar dövrün olmasına baxmayaraq, hələ də erkən nikah halları artmaqda davam edir”. Layihə rəhbəri Əli Mirzəyev layihə haqqında ətraflı məlumat verib: “Erkən nikahlarla mübarizə sahəsində dövlətin müvafiq qurumları kifayət qədər inzibati tədbirlər həyata keçirsələr də, mütamadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilsə də ilbəil artan statistik rəqəmlər narahatçılıq yaradır”.

    Erkən nikahların fəsadlarının hüquqi, sosial, psixoloji aspektlərdən qiymətləndirilməsi məsələsi vurğulandı və iştirakşılar müzakirələrə cəlb edilib. Tədbir iştirakçısı Ə. Məmmədov çıxış edərək bildirib ki, erkən nikahlar və onların yaratdığı fəsadlar hamımızın gözü qarşısındadır: “Bununla bütün cəmiyyət mübarizə aparılmalıdır”. Tədbir iştirakçısı A. Əsədova müzakirəyə qoşularaq qeyd edib ki, xüsusilə son zamanlar 44 günlük Vətən müharibəsində şəhid olan igidlərimizin həyat yoldaşlarının, nişanlılarının şəhidin kişik qardaşı ilə evlədirilməsi məncə heç bir məntiqə sığmır: “Bu həm şəhidin ruhuna, həm də milli mənəvi dəyərlərimizə hörmətsizlikdir”. İştirakçı M. Məmmədzadə vurğulayıb ki, valideynlər qızlarını erkən yaşlarında ərə verməyə çalışmaqdansa onlara təhsil verməyə çalışmalıdırlar: “Bununla onlar həm valideyn borcunu layiqincə yerinə yetirmiş olarlar, həm də övladlarının gələcəyini təmin etmiş olarlar”.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR