Bu gün Beyləqan rayonunda “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyi “Müharibədən əziyyət çəkən qadınlara sosial- psixoloji dəstəyin göstərilməsi” layihəsi icrasınının yekununa dair seminar keçirib.
Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Seminarda layihə rəhbəri Xəlil Süleymanov iştirakçılara layihənin donoru barədə geniş məlumat verib və sonra layihənin fəaliyyəti, məqsədi və görülmüş işlər barədə hazırlanmış slaydlar vasitəsi ilə ətraflı məlumat verib: “Beyləqan rayonunun Vətən müharibəsi zamanı doğmalarını itirmiş şəhid və qazi ailə üzvlərindən olan 10 qadına psixoloji gərginlikdən azad ola bilmək vərdişi qazandırmaq və özünə qarşı inamsızlığın aradan qaldırılması üçün sosial-psixoloji dəstək göstərilmişdir”.
Qeyd edək ki, layihə heyəti tərəfindən iştirakçıların sualları ətraflı cavablandırılıb. İştirakçılar layihənin region üçün aktual olduğunu qeyd edib, yeni təkliflər verərək bu kimi layihələrin daha geniş ərazidə davamlı təşkil edilməsinin zəruri olduğunu bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.