AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Səyyar qəbul otağı"nın növbəti ünvanı İsmayıllı rayonunun Topçu kəndi oldu

  • + A
  • - A
  • 14-09-2023, 18:08

    "Səyyar qəbul otağı"nın növbəti ünvanı İsmayıllı rayonunun Topçu kəndi oldu

    SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən “Açıq mikrofon” aksiyasının imkanlarından bu gün İsmayıllı rayonunun Topçu kənd sakinləri yararlanıblar. Aksiyada iştirak edən vətəndaşlar qaz təchizatı ilə bağlı onları narahat edən məsələlər barədə müraciət ediblər. Topçu kənd sakinləri Sahil Vəliyev və Süleyman Bəşirov yeni yaşayış massivinin qazlaşdırılmasını xahiş ediblər. Eynulla Qurbanovun müraciəti isə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub. Vətəndaş məmnuniyyətinin qorunması məqsədilə keçirilən görüşdə təbii qazdan istifadə edən istehlakçılar problemlərinə, istehlakçı olmayan sakinlər isə suallarına cavab tapıblar. Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciət edən vətəndaşlara ətraflı məlumat verilərək müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyi vurğulanıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR