AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni qazlaşan Çay Üzü kəndinin şəhid ailələri Anım Günündə ziyarət olundu - Video

  • + A
  • - A
  • 29-09-2023, 18:16

    Yeni qazlaşan Çay Üzü kəndinin şəhid ailələri Anım Günündə ziyarət olundu - Video

    Vətən deyiləndə can, bayraq deyiləndə qan verən oğullarımızdan olan Nizami Cəbiyevlə Tural Aslanov Yardımlı rayonunun Çay Üzü kəndinin şəhidləridir. Bu gün alnıaçıq, üzüağ olan Çay Üzü kəndinin sakinləri öz şəhidləri ilə qürur duyaraq onları yad edirlər. SOCAR “Azəriqaz” İB-nin də rəhbər şəxsləri Anım Günü ilə əlaqədar olaraq şəhid ailələrini yad edənlər sırasında olub. Təbii qazla yeni təmin olunan Çay Üzü kəndində şəhid ailələrinin yaşadığı fərdi yaşayış evləri SOCAR “Azəriqaz” İB-nin vəsaiti hesabına qazlaşdırılıb. Mavi yanacağın verilməsi ilə əlaqədar əvvəlcə 1-ci Qarabağ müharibəsi şəhidi Nizami Cəbiyevin ailəsi ilə görüş baş tutub. Daha sonra 44 günlük Vətən müharibəsi şəhidi Tural Aslanovun ailəsi ziyarət olunub. Təbii qazın verilişi təmin edildikdən sonra şəhidlərin əziz xatirəsi yad edilib.

    Ətraflı video materialda:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR