AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədə icra olunan layihə yekunlaşıb - FOTOLAR

  • + A
  • - A
  • 3-10-2023, 09:16

    Gəncədə icra olunan layihə yekunlaşıb - FOTOLAR

    “Təmas” Regional İnkişaf İctimai Birliyinn həyata keçirdiyi “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacağın)” fəaliyyətinin dəsətəkləməsi və zorakılıqdan zərərçəkmiş qadınlar üçün təlimlərin təşkili” layihəsini yekunlaşdırıb.

    Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin rəhbəri Kubra Ələkbərova qeyd edib ki, layihənin icrası dövründə Mərkəz - sığınacaqdan birbaşa 112 nəfər qadın və uşaq birbaşa yararlanıb: “Bundan 8 nəfər insan alverinin qurbanı, 104 nəfəri isə insan alverinin potensial qurbanları olub. Onlardan 45 nəfəri qadın, 59 uşaq olub (32 qız, 27 oğlan). Təşkilatın nəzdində fəaliyyət göstərən bu mərkəz bölgədə insan averi və məişət zorakılığından zərərçkmiş qadın və uşaqların müraciət edə biləcəkləri yeganə sığınacaqdır. Sığınacaq hər şeydən əvvəl təhlükəsiz olduğu üçün, müxtəlif zorakılıq və istismara məruz qalmış qadının və uşağın ilkin və təcili yardım ala biləcəyi yerdir. Məsələ ondadır ki, bəzən qadınlara qarşı zorakılıq, xüsusilə evdə baş verdiyi zaman, qadınların kömək üçün müraciət etdiyi səlahiyyətli orqanların reaksiyası nəticəsində kəskinləşə bilir. Sığınacaqlar zorakılığın önlənməsi, zorakılıqdan müdafiə baxımından vacib əhəmiyyət kəsb edir. Sığınacaqda qadının düşdüyü vəziyyət, onun resursları, imkanları, emosional- psixoloji durumu, potensialı qiymətləndirildikdən sonra onun reabilitasiya mərhələsi başlayır. Reabilitasiya prosesi qadının öz potensialını müəyyən etməsi, özgüvənliyinin artırılması, özü özünü müdafiə mexanizmlərinin öyrənilməsi və cəmiyyətə rahat şəkildə inteqrasiya olunmasına şərait yaradır, onun təkrar qurbana çevrilməsinin qarşısını alır. Layihə dövründə sığınacaqda qalan qadın və uşaqlar ərzaq və gigiyenik məhsullarla tam təmin olundular. Layihənin digər bir maraqlı komponenti, genderəsaslı zorakılıqdan zərərçəkmiş qadınlar üçün “Şəxsi inkişaf” təlimlərinin təşkil olunması idi”.

    Qeyd edək ki, iki yarımgünlük təlimdə 16 qadın iştirak etdi. Təlimin əsas məqsədi həssas vəziyyətdə olan qadınların ən yüksək potensialını aşkar edərək, bu potensialın yaradılmasına və istifadəsinə çox yaxşı töhfə vermək idi. Tədbirin sonunda qadınlara Sertifikatlar təqdim edilib.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR