AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Açıq mikrofon"da Salyan rayonunun sahibkarları dinlənildi

  • + A
  • - A
  • 3-10-2023, 16:18

    "Açıq mikrofon"da Salyan rayonunun sahibkarları dinlənildi

     
    "SOCAR “Azəriqaz” İstehsalat Birliyi səlahiyyətləri çərçivəsində sahibkarlığın inkişafı üçün lazımi dəstəyi göstərir və bundan sonra da göstərəcək. Elə bu məqsədlə keçirilən "Açıq mikrofon" aksiyasının bugünki  görüşü sahibkarlara həsr edilib." Bunu Birliyin baş direktorun satış üzrə müavini Rəşad Cavadov Salyan rayonunda keçirilən aksiya zamanı bildirib. Daha sonra çıxış edən KOBİA-nın nümayəndəsi bütün bölgələrdə olduğu kimi Salyanda da sahibkarların müraciətlərini dinləməyə hazır olduqlarını qeyd edib. Mikrofon önünə çıxan sahibkarlar isə bu mövsümdə də məhsul yığımınadək istixanaların qəbul etdiyi təbii qaza görə yaranan debitor borcdan söz açıblar. Onlar bu il də borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini xahiş ediblər. Qurum rəsmisi tərəfindən səslənən müraciətlərlə bağlı ətraflı məlumat verilərək məsələnin diqqətdə saxlanılacağı bildirilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR