AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beyləqanda Dəyirmi Masa keçirilib - FOTOLAR / VİDEO

  • + A
  • - A
  • 19-10-2023, 22:59

    Beyləqanda Dəyirmi Masa keçirilib - FOTOLAR / VİDEO


    Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi tərəfindən Beyləqan şəhər Gənclər Mərkəzində “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Platformasında təqdimatı və icmalarda təşviqi” adlı layihə çərçivəsində Dəyirmi Masa həyata keçirilib.

    Birlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan Dəyirmi Masada Beyləqan rayon icra hakimiyyətinin, müvafiq dövlət orqanlarının təmsilçiləri, Beyləqanda məskunlaşmış Qərbi Azərbaycan İcmasının nümayəndələri, gənclər və qadınlar təmsilçiləri iştirak ediblər. Dəyirmi Masanı Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin prezidenti İlqar Hüseynli salamlama nitqi ilə açıq elan edib. Layihənin məqsədləri və iştirakçıları barədə təqdimat edib. Daha sonra rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Abdullayev iştirakçılara layihənin məqsədləri barədə məlumat verib.
    Təqdimatlardan dərhal sonra layihə 44 günlük Vətən savaşında və antiterror əməliyyatında həyatlarını qurban verən qəhrəman Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sayğı duruşu ilə yad edilib. Bundan sonra Dəyirmi Masa öz işinə başlayıb. Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin rəhbəri İlqar Hüseynli “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının maddələri, hədəf məqsədləri, Konsepsiya sənədinin beynəlxal hüquq prinsipləri çərçivəsində hazırlanması və deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə geniş məlumatlar verib.
    Dəyirmi Masa iştirakçılarına Konsepsiya sənədində yer alan problemin təsviri, hədəf məqsədlər və yanaşma, planlama və icranın əsas mövzuları, beynəlxalq hüquqi çərçivə və zəmanət, icmanın üzvlərinin müəyyən edilməsi və siyahıyaalınması, qayıdış planının hazırlanması, Ermənistanın hüquqi çərçivəsinə münasibət, təhlükəsizliyin təmin olunması, mülkiyyət məsələləri, re-inteqrasiya və reabilitasiya, mədəni irsin bərpası və qorunması, etnik icmalar arası barışıq maddələri üzrə detallı məlumatlar təqdim olunub.

    Sonra Beyləqanda məskunlaşan Qərbi Azərbaycan icmasının fəalları Rahilə Kazımova, Yusif Əliyev, Vidadi Məmmədov, İsgəndər Əkbərov, Turac Məmiyeva çıxış edərək Qərbi Azərbaycana Qayıdış Konsepsiya sənədinin vacibliyi barədə çıxış edib, deportasiya zamanı üzləşdikləri dəhşətli erməni vəhşilikləri barədə xatərələrini bölüşüblər.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR