AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

LDU-da I Beynəlxalq heyvandarlıq konfransı keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 21-10-2023, 12:04

    LDU-da I Beynəlxalq heyvandarlıq konfransı keçirilib - FOTOLAR

    Lənkəran Dövlət Universitetində (LDU)Türkiyə Respublikasının Kafkas Universiteti (Kars) ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş “I Beynəlxalq heyvandarlıq konfransı” keçirilib.
    Universitetin Böyük Akt zalında düzənlənən tədbir Ulu öndər H.Əliyevin və torpaqlarımızın bütövlüyü, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
    Sonra Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnləri səslənib.
    9 ölkənin-Azərbaycan, Türkiyə, Rusiya, Yunanıstan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belorusiya, Əlzəzairin ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının alim-tədqiqatçılarının birbaşa və onlayn qatıldığı Beynəlxalq konfransın plenar iclasını Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açıb. Konfrans iştirakçılarını salamlayan rektor tədbirin keçirilməsini beynəlxalq arenada universitetlərarası elmi əlaqələrin inkişafında önəmli amil kimi dəyərləndirib və bu istiqamətdə fəaliyyətlərini davam etdiriləcəklərini deyib. Prof. Natiq İbrahimov çıxışında LDU ilə Türkiyənin Kafkas Universiteti arasında son illərdə yaranan əlaqələrin üzərində geniş dayanıb, bunun yüksək keyfiyyətli mütəxəssis hazırlığına müsbət təsirindən danışıb, ikili diplom layihəsinin uğurlu həlli istiqamətində görülən işlərdən söz açıb. Bildirib ki, yaxın vaxtlarda Lənkəran Dövlət Universitetində yeni-baytarlıq fakültəsinin açılması ölkədə və bölgədə heyvandarlıq sahəsində böyük ehtiyac duyulan ixtisaslı kadrların hazırlanmasına əməli təkan verəcək, bu sahədə olan boşluğu dolduracaq. N.İbrahimov Beynəlxalq konfransın məhz Ümummilli lider H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmasının təsadüfi olmadığını deyib, Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı böyük rolundan danışaraq ölkə başçısı cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirildiyini LDU timsalında konkret faktlarla şərh edib.
    Kafkas Universitetinin rektoru, prof. Hüsnü Kapu çıxışında Beynəlxalq konfransa ev sahibliyi edən LDU rəsmilərinə minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb. Qeyd edib ki, elmi-təcrübi əlaqələrin davamlı inkişafı hər iki ali təhsil ocağı üçün böyük əhəmiyyət daşıyır və Kafkas Universiteti bu əlaqələrin inkişafında maraqlıdır, hər cür dəstək verməyə hazırdır.
    Beynəlxalq konfransda Respublika Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru dos.Mahir Hacıyev, Kafkas Universiteti Baytarlıq fakültəsinin dekanı prof. Mete Cihan, dekan müavini, prof. Cihan Kaçar, prof. Yavuz Öztürkler, Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsinin dekanı dos. Balayar Şahbazov çıxış edərək heyvandarlıq məhsullarına olan tələbatı dünyanın qlobal problemlərindən biri kimi dəyərləndirərək həlli yollarından söz açıblar, təklif və mülahizələrini bildiriblər.
    Plenar iclasın sonunda xatirə hədiyyələri təqdim edilib.
    Beynəlxalq konfrans işini bölmə iclaslarında davam etdirir. Qeyd edək ki, bölmələrdə 50 məqalə və tezis dinləniləcək ki, bunun da 35-i xarici ölkələrin elmi tədqiqatçıları tərəfindən təqdim ediləcək.

















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR