Moskva və Bütün Rusiyanın patriarxı Kirill Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib ki, İsraildə Müqəddəs Torpaqda sabitlik daha çox Rusiyadan asılıdır.
Din xadimi qeyd edib ki, İsraildə əmin-amanlıq Rusiyanın sülhməramlı rolundan asılıdır.
“Rusiyanın bu sülhməramlı rolu olmasaydı, Yaxın Şərqdə nə baş verərdi, demək çətindir. Və yalnız kor insan görə bilməz ki, Müqəddəs Torpaqda mümkün qədər sabitlik və əmin-amanlıq bu xüsusi roldan çox asılıdır”, - Patriarx bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.