Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Kazanda Moskva və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Patriarx Kirill Azərbaycanda pravoslavlar üçün yaradılan gözəl şəraitə görə Azərbaycan dövlətinə və xalqına, o cümlədən Şeyxülislama təşəkkür edib.
QMİ sədri öz növbəsində Patriarx Kirillə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırmağın onun üçün böyük şərəf olduğunu qeyd edib.
Patriarx Kirill bundan sonra da Azərbaycan və Ermənistanın dini liderləri arasında vasitəçi rolunu oynamağa hazır olduğunu bildirib.
Görüş zamanı tərəflər dini və dinlərarası dialoq üzrə müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Ümumdünya Kilsələr Şurası, KAICIID Dinlərarası və Mədəniyyətlərarası Dialoq Beynəlxalq Mərkəzi və digər təşkilatlarla bağlı məsələləri müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.