AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Senata təzyiq və təsirinin nəticəsidir-QHT sədri

  • + A
  • - A
  • 16-11-2022, 20:10

    Senata təzyiq və təsirinin nəticəsidir-QHT sədri

    Bu sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir
    Neytral vasitəçi və həmsədr kimi həm hüquqi, həm də mənəvi olaraq vasitəçilik haqqını bitirən Fransanın Prezidentinin və xarici işlər nazirinin Qarabağ probleminin nizamlanmasında hələ də özünü görməsi, bununla bağlı hansısa bəyanatlar səsləndirməsi artıq diplomatik dillə ifadə edilməsi mümkün olmayan siyasi tərbiyəsizlikdir.
    Fransa nəinki 30 il ərzində həmsədr kimi heç bir işə yaramayıb, eyni zamanda, sentyabrın 27-dən fəal döyüş əməliyyatları başlayandan bəri mandatına zidd olaraq münaqişə tərəflərindən birini aşkar şəkildə dəstəkləyib.
    Bu sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən biri olaraq Fransanın Senatı tərəfindən belə qərəzli mövqenin ortaya qoyulması qəbuledilməzdir.
    Fransanın həmsədrlik mandatına uyğun olaraq neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürütdüyünü və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürdüyünü görürük.
    Bir qrup ermənipərəst, anti-Türk və anti-Azərbaycan əhval-ruhiyyəli senatorlar tərəfindən Fransa Senatına belə bir təklifin edilməsi bu ölkənin indiki hakimiyyətinin adekvat olmadığını və Fransa Prezidentinin siyasətdə naşı olduğunu göstərir.

    Etibar Məmmədov
    “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR