Bu gün səhər saatlarında Azadmedia.az-da Nizami rayonunda 30-a yaxın zeytun ağacının kəsilməsi ilə bağlı xəbər dərc edildi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti operativ hadisə yerində olub. Xidmətin məlumatını təqdim edirik:
Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Qafar Ağayev Azadmedia.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə müxtəlif cinsli ağacların kəsilməsi faktı təsdiqini tapıb.
“Ağacların kim tərəfindən kəsildiyinin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlər görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.