AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həftənin ilk “Səyyar qəbul otağı” Cəlilabadda quruldu

  • + A
  • - A
  • 11-12-2023, 20:01

    Həftənin ilk “Səyyar qəbul otağı” Cəlilabadda quruldu

    Həftənin ilk “Açıq mikrofon” aksiyası Cəlilabad rayonunun Qarakazımlı kəndində baş tutub. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri aksiyaya üz tutan vətəndaşların qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri dinləyiblər. Rayonun Babaxanlı, Qarakazımlı, Zərbəli, Sarxanlı, Moranlı, Dələli kənd sakinləri sözügedən kəndlərin təbii qazla təmin olunmasını xahiş ediblər. Görüş iştirakçılarına SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bölgələrdə həyata keçirilən qazlaşma işlərinin plana uyğun olaraq mərhələli şəkildə yerinə yetirildiyi ilə bağlı məlumat verilib. Daha sonra aksiyanın davamı kimi şəhid ailəsinin müraciətinə yerində baxış keçirilib. Görüş zamanı Birliyin məsul şəxsləri şəhidin ailə üzvlərinin qayğıları ilə yaxından maraqlanıblar.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR