AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazlaşma işlərinə yerində baxış keçirildi

  • + A
  • - A
  • 14-12-2023, 10:17

    Qazlaşma işlərinə yerində baxış keçirildi

    Masallı rayonunun Şərəfə kəndinin genişlənən hissəsində aparılan qazlaşma işləri ilə tanışlıq məqsədilə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran RQİİ-nin rəhbər şəxsləri və Masallı Rayon İcra Hakimiyyətinin başçısı sözügedən əraziyə baxış keçiriblər. 2610 metr uzunluğunda müxtəlif diametrli polad borular vasitəsilə paylayıcı qaz təchizatı şəbəkəsinin qurulması nəzərdə tutulan massivdə 50-dək fərdi ev mövcud olduğu diqqətə çatdırılıb. Noyabrın əvvəlindən başlanan tikinti-quraşdırma işlərinin dekabr ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Bununla da işlər başa çatdıqdan sonra bütün evlərin qaz təchizatı şəbəkəsinə əlçatanlığı tam təmin ediləcək. Görüşdə iştirak edən kənd sakinləri ölkə başçısına təşəkkür ediblər.

    Ətraflı video materialda:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR