Yardımlı rayonunun Nisəqala kəndində təşkil olunan "Səyyar qəbul otağı"na 40-a yaxın vətəndaş təşrif buyursa da, cəmi 4 nəfər mikrofon önünə çıxıb. Ünvanlanan 4 müraciətin 3-ü Nisəqala 1-i isə qonşu Dəryavar kənd sakinlərinin probleminə aid olub. Daha dəqiq desək, hər iki kəndin sakinləri Nisəqala ilə Dəryavarın təbii qazla təmin edilməsini xahiş edib. Lənkərən RQİİ-nin rəhbər şəxsləri məsələ ilə bağlı qeydiyyatlarını aparıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.