Bu gün “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Əsrə Sığmayan Ömür, Heydər Əliyev-100” adlı layihəsinin icrası çərçivəsində Qazax Olimpiya İdman Kompleksində Qazax rayon turnirin ikinci yarım final oyunu keçirilib.
QHT.az xəbər verir ki, ilk olaraq Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların əziz xatirəsi bir dəqiyqalıq sükütla yad edilib. "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri, Azər Əliyev turnir iştirakçılarına turnir haqqında ətraflı məlumat verərək bildirib ki, layihənin əsas məqsədi Qazax rayon gəncləri ilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin xatirəsini daim yad etmək, gənclərin vətənə və dövlətə bağlılığın artırılması, gənclərə sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtlarının düzgun və səmərəli təşkilidir.
Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Rahim Rəhimov tədbirdə iştirak edərək turnir iştirakçılarına Gənclər Fondu haqda ətraflı məlumat verdi və uğurlar arzu etdi. Daha sonra çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin məsul işçisi İbrahimov Anar turnir iştirakçılarına uğurlar arzuladı və bədən tərbiyyəsi və idmanla məşğul olmağa çağırıb. Turnirin ikinci yarımfinal günündə 2 komanda güclərini sınamışdırlar. Gərgin idman mübarizəsi şəklində kecən görüşlərin nəticəsi:
Məktəb Lisey – I Şıxlı
2-3
I Şıxlı komandası qalib gələrək final oyununa vəsiqə qazanıb. 28.12.2023-cü il tarixdə final oyunları keçiriləcəkdir.
1. Kosalar – Məktəb Lisey (3 yer uğrunda oyun) saat 10-00 da
2. I Şıxlı – Şəhər №2 (1-2 yerlər uğrunda oyun) saat 11-00 da
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.