AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Samuxda “Heydər Əliyev ili” çərçivəsində şəhid övladlarının iştirakı ilə Yeni il şənliyi təşkil olunub

  • + A
  • - A
  • 30-12-2023, 16:17

    Samuxda “Heydər Əliyev ili” çərçivəsində şəhid övladlarının iştirakı ilə Yeni il şənliyi təşkil olunub

    “Heydər Əliyev ili” çərçivəsində Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların, qazilərin, eləcə də aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil edilib.


    İlk öncə Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Azadmedia.az xəbər verir ki, tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışıb və onları bayram münasibətilə təbrik edib.

    Yeni il şənliyi uşaqlara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb. Tədbirin sonunda uşaqlara yeni il hədiyyələri təqdim olunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR