Azərbaycanın paytaxtına və bölgələrinə qar yağdı, yarıtmaz qurumların qışa hazır olmadıqları məlum oldu. Qarın fəsadlı səsi Lənkərandan daha bərk gəlməyə başlayıb. Küçələrdən qar təmizlənmir, 2 gündü elektrik, mobil rabitə əlaqəsi yoxdur. Mağazalarda şam tapılmır. Yerdə elektrik naqilləri təhlükə yaradır
Azərbaycanın ən bərbad, ən səriştəsiz İcra Hakimiyyəti başçılarından biri kimi ad çıxaran Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 12 ildi bu vəzifədədir. Bu vəzifəyə kök saldığı üçün, özünə arxayın, 2 əllə kresloya yapışdığı üçün Lənkəranda 2 gündü işıq yoxdu, yollar bağlanıb, bəzi kəndlərlə əlaqə kəsilib. Dünən video yayıblar ki, guya texnika yolları təmizləyir, sən demə təmizlədikləri yol da İcra hakimiyyətinin qarşısıdır. İcra başçısı özünə yol açır.
DİM-in təşkil etdiyi regional təlimdə iştirak etmək üçün 1 günlük təlim keçməyə Lənkərana gedən Elyar İslamoğlu 2 gündü yolun bağlı olması səbəbindən Bakıya gələ bilmir. Onun sözlərinə görə dünən və bu gün yolu qardan, qırılan ağaclardan təmizləyən texnika yox idi. Təkcə polislər gözə dəyirdi, qırılan budaqları təmizləyir, sürüşən maşınlara kömək edirdilər.
Maraqlıdır, T.Qaraşov Lənkərandadırmı, vəziyyətdən halidirmi, ya Bakıda villasından onlayn izləmə ilə məşğuldur?
Lənkəranın məşəqqətli günləri neçə gün davam edəcək?
İnanırıq ki, ağ qardan üzü qara çıxan Taleh Qaraşov Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən lazımi cavabını alacaq. İnsanlar qalıb yollarda, İcra başçısı heç bir tədbir görmür.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.