SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Xaçmaz rayonunda təşkil olunub. Rayonun İstisu qəsəbəsində keçirilən aksiyada ümumilikdə 8 müraciət ünvanlanıb. Müraciətlərdən 6-sı İstisu qəsəbə sakinləri tərəfindən səsləndirilib ki, bu da adıçəkilən qəsəbənin təbii qazla təmin edilməsindən ibarət olub. Qalan iki müraciətdən biri debitor borcun araşdırılması, digəri isə qaz sızması barədə məlumatlandırmanı əhatə edib. Xaçmaz RQİİ-nin rəhbər şəxsləri ünvanlanan hər bir müraciəti qeydə alaraq araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar veriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.