AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həftənin ilk "Səyyar qəbul otağı" Gəncə şəhərində quruldu

  • + A
  • - A
  • 29-01-2024, 19:22

    Həftənin ilk "Səyyar qəbul otağı" Gəncə şəhərində quruldu


    Həftənin ilk "Açıq mikrofon" aksiyası Gəncə şəhərində baş tutub. SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyiblər. Reyhan İsmayılova, Vaqif Müzəffərov və Maarif Cabbarovun müraciətləri qaz sayğacının əvəzlənməsini ilə bağlı olub. Bundan əlavə görüş zamanı qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi qazlaşma və küçə qaz xəttinin çəkilişi ilə bağlı müraciətlər də ünvanlanıb. Səsləndirilən bütün suallar Birlik əməkdaşları tərəfindən cavablandırılıb, bəzi müraciətlərlə bağlı yerində baxış keçirilərək qərar veriləcəyi də sakinlərin nəzərinə çatdırılıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR