AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının rəsmi saytı təqdim olunub

  • + A
  • - A
  • 12-02-2024, 11:11

    Naxçıvan Muxtar Respublikası Həmkarlar  İttifaqları Şurasının rəsmi saytı təqdim olunub

    Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının rəsmi saytının təqdimat mərasimi keçirilib.
    Təqdimatda iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kollektivi təbrik edərək Naxçıvan Həmkarlar İttifaqları Şurasının 2023-cü ili uğurla başa vurduğunu bildirib, nailiyyətlərin davamlı olmasını diləyib.
    Qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində ötən il ölkəmizdə olduqca əlamətdar və faydalı tədbirlər keçirilib. Qeyri-hökumət təşkilatlarının bu istiqamətdə fəaliyyəti də yüksək qiymətləndirilməlidir. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da ötən il Naxçıvanda keçirilən bir sıra tədbirlərin, xüsusilə sosial layihələrin təşkilində fəal iştirakı ilə seçilib. Həmçinin aparılan struktur dəyişiklikləri və kadr islahatları şuranın fəaliyyət imkanlarını daha da genişləndirib. Bu gün rəsmi saytın istifadəyə verilməsi də Həmkarlar İttifaqları Şurasının daha bir uğurudur.
    Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxışında qeyd edib ki, sayt müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, həmçinin ictimai fəaliyyəti gücləndirmək və media ilə əlaqələrin daha dinamik şəkildə qurulmasını təmin etmək məqsədilə yaradılıb. Şura bundan sonra da muxtar respublikanın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdə və sosial layihələrdə fəal iştirak edəcək.
    Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Rövşən Hüseynov yeni saytın istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb, əməyi olan hər kəsə təşəkkür edib.
    Sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının rəsmi veb saytının təqdimatı olub.
    Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı Xoşqədəm Rəhimli məlumat verib ki, rəsmi sayt kodlama üsulu ilə ən təkmil və müasir formada hazırlanıb, bütün təhlükəsizlik tədbirləri görülüb. “nmrhis.az” domen adında fəaliyyətə başlayan sayt sadə dizaynı, istifadəçi rahatlığı və texniki imkanları baxımından müasir standartlara tam cavab verir.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR