AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Səyyar qəbul otağı" bu həftə qədim Şamaxı rayonunun sahibkarları üçün təşkil olundu

  • + A
  • - A
  • 21-02-2024, 17:54

    "Səyyar qəbul otağı" bu həftə qədim Şamaxı rayonunun sahibkarları üçün təşkil olundu


    "Mənə məxsus obyektin qaz sayğacı 250 metr məsafədən keçən qaz xəttinin yaxınlığında quraşdırılıb. Qaz sayğacının yerinin dəyişdirilərək obyektin yaxınlığında quraşdırılmasını sizdən xahiş edirəm". Bu sözləri karxana fəaliyyəti ilə məşğul olan Qara Bədəlov Şamaxı rayonunda sahibkarlarla keçirilən görüş zamanı bildirib. Sahibkarlarla yanaşı, sakinlər də "Səyyar qəbul otağı"nın imkanlarından yararlanıblar. Mikrofon önünə keçən Nizami Zülfüqarov rayonun Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Elşən Zülfüqarovun müraciəti isə dəymiş ziyanla əlaqədar hesablanmış məbləğə yenidən baxılması ilə bağlı olub. Görüş zamanı həm sahibkarların, həm də sakinlərin ünvanladıqları suallar Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb.
    Məlumat üçün bildirək ki, görüşdə Birlik rəsmiləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR