AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əməkdar jurnalist Vasif Səmədov vəfat etdi

  • + A
  • - A
  • 29-04-2024, 16:09

    Əməkdar jurnalist Vasif Səmədov vəfat etdi

    Azərbaycanın əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib.

    Azadmedia.az xəbər verir ki, Vasif Həzərxan oğlu Səmədov 22 yanvar 1950-ci ildə Masallı şəhərində anadan olub. Onun atası uzun illər partiya, sovet və kənd təsərrüfatı sahəsində rəhbər vəzifələrdə işləmişdir. Həzərxan Səmədov Ərkivan qəsəbəsinin Qızlaküçə məhəlləsindəndir.

    Vasif Səmədov 1968-ci ildə Masallıda N.Nərimanov adına orta məktəbi bitirərək Bakı şəhərinə ali təhsil almaq üçün getmişdir. Bakı şəhərində ali məktəbə hazırlaşdığı dövürlərdə “Azərbaycan pioneri” qəzetində ştatdankənar müxbir kimi fəaliyyətə başlamış və Azərbaycan komsamolunun məktəbli gənclər arasında keçirdiyi yaradıcılıq müsabiqəsində mükafatlarla təltif edilib.

    1965-68-ci illərdə Masallıda dərc edilən “Çağırış” qəzetində, 1968-69-cu illərdə “Azərbaycan pioneri” və “Azərbaycan gəncləri” qəzetlərində çalışmışdır.

    1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Verlişləri Komitəsində redaktor vəzifəsinə təyin edilmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinin qiyabi şöbəsinə daxil olub.

    1972-1974-cü illərdə Ukraynada ordu sıralarında xidmət etmiş, ordudan təxris olunduqdan sonra Azərbaycan KP MK-nın siyasi maarif evində işləmiş, Bakıdakı ayaqqabı fabrikində Komsomol komitəsinin katibi seçilmişdir.

    1977-ci ildə universiteti bitirmiş, 1977-1984-cü illərdə Ukraynanın Dneperopetrovsk vilayətində partiya-komsomol və təsərrüfat işlərində çalışmışdır.

    1984-cü ildə Bakıya qayıdaraq Azərbaycan KP MK Maksizim-Leninizm Universitetinin qiyabi şöbəsi üzrə dekan vəzifəsində və eyni zamanda müxtəlif mətbuat orqanlarında çalışmışdır.

    1986-cı ildən 1991-ci ilədək ölkənin ən nüfuzlu və aparıcı mətbuat orqanı sayılan “Kommunist” qəzetində jurnalistika fəaliyyətinə başlamışdır.

    1991-ci ildə Rusiya Federasiyasının ən nüfuzlu mətbuat orqanlarından biri olan “İzvestiya” qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri təyin edilmişdir.

    1991-95-ci illərdə Bakı şəhər sovetinin deputatı seçilmişdir.

    1992-ci ildən “Kaspiyani-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və prezidenti vəzifəsində çalışmışdır.

    Azərbaycan Respublikasının prezidentinin fərmanı ilə “Kütləvi İnformasiya Vasitələrində uzun müddət səmərəli fəaliyyətinə görə” Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.

    1994-95-ci illərdə “Rossiyski fermer” qəzetinin, 1995-ci ildə isə “Oqonyok” jurnalının və “Leteraturnaya qazeta”-nın Azərbaycan və Türkiyə dövlətlərində müxbir məntəqəsinin müdiri vəzifəsində çalışmışdır.

    1996-cı ildən həmin jurnalın mərkəzi qərbi Asiya ölkələri və Ukrayna Respublikası üzrə müxbir məntəqəsinin müdiri vəzifəsində çalışmışdır.

    1996-cı ildə jurnalistikada göstərdiyi yaradıcılıq fəaliyyətinə görə “Oqonyok” jurnalının laureatı adına layiq görülmüşdür.

    1998-ci ildə Beynəlxalq Jurnalistlər Təşkilatının keçirdiyi “Qafqazda sülh uğrunda” müsabiqəsinin birinci dərəcəli diplomu ilə təltif edilmişdir. Bununla yanaşı o, Azərbaycan Kütləvi İnformasiya Vasitələri işçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Araz” Ali ədəbi mükafatına layiq görülüb.

    Azərbaycan Jurnalistlər Birliyinin yüksək mükafatı olan “Qızıl qələm” və “Həsən bəy Zərdabi” mükafatları ilə təltif edilmişdir.

    Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlü şəxsi” adlı biblioqrafik sorğu kitabında jurnalistika üzrə Azərbaycanı məhz Vasif Səmədov təmsil etmişdir.

    2000-ci ildə Rusiyanın nüfuzlu mətbu orqanları, o cümlədən 3 televiziya kanalı, 12 radiostansiya, “Literaturnaya qazeta”, “Kultura”, “Rossiya” və bir neçə populyar mətbuat orqanları bir holdinqdə birləşdirilmiş və Vasif Səmədovun rəhbərlik etdiyi müxbir bürosu həmin televiziya kanallarının, radio stansiyalarının və mətbuat orqanlarının mərkəzi və qərbi Asiya ölkələri üzrə nümayəndəliyinə çevrilmişdir.

    Vasif Səmədov “Vtorjenie”, “Müdaxilə”, “Təki vətən yaşasın”, “Vətən üçün lazım gəlsə” kitablarının, beynəlxalq kütləvi informasiya vasitələri dərsliyinin müəllifi, habelə “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyinin həmmüəllifi, Ali Diplomatiya Kollecinin professorudur.

    Vasif Səmədov üç oğul atasıdır. Böyük oğlu Arif Səmədov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun “Regionşünaslıq və diplomatiya” fakultəsinin məzunudur. Siyasi Elmlər üzrə fəlsəfə doktoru olan Arif Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İkinci dərəcəli dövlət müşaviri” (General-leytenant) rütbəsi verilmişdir.

    Ortancıl oğlu Ramin Səmədov Moskva Polis Akademiyasının məzunudur.

    Kiçik oğlu Hikmət Səmədov Bakı Dövlət universitetinin “Beynəlxalq hüquq” fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, Magestr təhsilini Avropa və Amerikada almışdır. Hikmət Səmədov hazırda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin katibliyinin rəisi vəzifəsində çalışır.



    Allah rəhmət etsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR