Azərbaycanın müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qarabağdan çıxarılan Rusiya sülhməramlılarına göstərdikləri xidmətlərinə görə təşəkkür edib.
"Report"un verdiyi xəbərə əsasən, K.Vəliyev bu barədə Xocalıda sülhməramlı kontingentin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbirdə deyib.
“Missiyanızın başa çatması münasibətilə sizi təbrik edirəm. Sizə Qarabağda sülh və stabiliiyin təmin olunması üçün cəsarətli xidmətinizə görə təşəkkür edirəm”, - general-polkovnik vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.