AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ana Kür” İctimai Birliyi regionda yaşıl düşüncənin təbliğinə başladı - FOTOLAR

  • + A
  • - A
  • 17-05-2024, 13:28

    “Ana Kür” İctimai Birliyi regionda yaşıl düşüncənin təbliğinə başladı - FOTOLAR

    Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Yaşıl düşüncənin yerlərdə təşviqi “layihəsinin icrasına start verib.


    QHT.az xəbər verir ki, bu münasibətlə Salyan rayonunun Uşaq-Gənclər İnkişaf Mərkəzində təqdimat mərasimi keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, YAP rayon təşkilatının məsul nümayəndələri, RİH yanında ictimai Şura üzvləri, rayonda fəaliyyət göstərən qeyri –hökumət təşkilatlarının rəhbərləri, yerli media təmsilçiləri, veteran ekoloqlar, şəhər sakinləri iştirak ediblər. Tədbirdə son dövrlər “Ana Kür” ictimai birliyi tərəfindən rayonda icra olunan ekoloji layihələrinə həsr olunan video rolikə baxış keçirilib. Təqdimatın gedişi ictimai birliyin rəsmi facebook səhfəsində canlı olaraq yayılıb.

    İctimai Birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikov layihənin məram və məqsədlərindən danışmış layihə çərçivəsində görüləcək işlər, gözlənilən nəticələr barədə məlumat vermiş, iştirakçıları layihənin fəaliyyət planı ilə tanış edib.

    Tədbirdə Salyan Rayon İcra hakimiyyətinin məsul nümayəndəsi Məhərrəm Məmmədov, Şirvan Milli parkının direktoru Seymur Kərimov, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi aparıcı mütəxəssisi Gülhüseyn Ağayev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Məhəmməd Ağayev, Salyan Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, QMƏVŞİ ictimai birliyinin Salyan filialının sədri Arif Əsgərov, RİH yanında İctimai Şuranın üzvü Sevinc Bünyatova, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov, rayonun ”Qələbə”qəzetinin əməkdaşı Əzizağa Məmmədli veteran ekoloq Nadir Rüstəmov, şəhər sakini Vaqif İslamov və başqaları çıxış edərək icra olunacaq layihənin aktuallığından danışmış və bu istiqamətdə Azərbaycan Respublikasının istər yerli, istər regional, istərsə də beynəlxalq miqyasda iqlim dəyişikliklərinin doğurduğu fəsadların aradan qaldırılmasında təcrübəsindən danışıblar.

    Qeyd edilib ki, BMT-nin İqlim Dəyişməsi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası- COP29 kimi mötəbər tədbirin ölkəmizin ev sahibliyi etməsi cəmiyyətimizdə “Yaşıl düşüncənin” formalaşmasına, vətəndaşlarımızı “yaşıl həyat” tərzi keçirməyə sövq edəcəkdir. Ölkəmizin “yaşıl gündəliyində” qarşıdakı illərdə görüləsi işlər, həyata keçirəcəyi layihələr çoxdur. Azərbaycan neft ixrac edən ölkədən, yaşıl iqtisadiyyata keçid etməklə yaşıl enerji ixracatçısına çevrilməkdədir. Azərbaycanın enerji istehsalının qoyuluş həcmində bərpa olunan enerji resursları olan günəş, külək, su və mənbələrin payı 2030-cü ildə 30 faizə çatdırılacaqdır.

    Tədbirdə layihənin ideyalarının daha çox benifisarlar arasında yayılması üçün həyata keçirilən maarifləndirici və praktik işlərdən və gözlənilən nəticələrdən danışılıb. Layihənin icrası müddətində Kür çay boyu ərazilərdə yerləşən məktəblərdə dəyirmi masalar keçirməklə yanaşı müxtəlif ekoloji tədbirlərə dəstək verilməsi, ərazilərdə iməciliklərin keçirilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi, tullantılara qarşı iməciliklərin keçirilməsi nəzərdə tutulub.

    Vurğulanıb ki, yaşıl düşüncənin yerlərdə təşviqində vətəndaş cəmiyyəti təmsilçilərinin gücündən, o cümlədən yaşlı nəslin həyat təcrübəsindən də bəhrələnmək olar.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR