AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Orta məktəblərdə uğurlu peşəyönümünə dəstək” layihəsinə start verilib - FOTOLAR

  • + A
  • - A
  • 17-05-2024, 18:30

    “Orta məktəblərdə uğurlu peşəyönümünə dəstək”  layihəsinə start verilib - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyi “Orta məktəblərdə uğurlu peşəyönümünə dəstək” adlı layihənin icrasına başlayıb.


    QHT.az xəbər verir ki, layihə çərçivəsində 17 may 2024-cü il tarixində Göyçay “Gənclər Evi”ndə tədbirdə keçirilib.

    Tədbirdə çıxış edən layihə rəhbəri Adilə Nəzərova mövzu ilə bağlı təlim iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, şagirdlərin peşə seçməyə hazırlanması məsələsi həmişə aktual olub və bu gün də aktual olan problemlərdən biridir. Ayrı-ayrı dövrlərdə bu məsələyə müxtəlif yanaşmalar olsa da, mahiyyət etibarilə məqsəd eyni olmuşdur: Gənc nəslin hər hansı bir ixtisasa, peşəyə və ya sənətə yiyələnməsinə kömək etmək və bu işin yeniyetmələrin arzusuna və qabiliyyətlərinə uyğun aparılmasını təmin etmək. Müasir dövrdə şagirdlərin peşəyönümünə dəstək onların psixofizioloji xüsusiyyətlərini, imkanlarını, marağını, bacarıq və qabiliyyətlərini nəzərə almaqla, gələcək həyat yollarını – peşə, təhsil və ixtisas növü seçmələrini müəyyənləşdirməkdə onlara edilən kömək prosesidir.

    Təlim iştirakçılarına layihə çərçivəsində dəftərxana ləvazimatları və “Orta məktəblərdə şagirdlərin uğurlu peşəyönümünə hazırlanması” adlı kitabça paylanıb.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR