AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Gəmiqayırma Zavodu ilə birgə peşə kurslarının təşkili imkanları müzakirə edilib

  • + A
  • - A
  • 24-05-2024, 10:14

    Bakı Gəmiqayırma Zavodu ilə birgə peşə  kurslarının təşkili imkanları müzakirə edilib


    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Bakı Gəmiqayırma Zavodunun nümayəndələri arasında görüş olub.
    Görüşdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Zavodun İdarə Heyətinin sədri Elşad Nuriyev və hər iki qurumun nümayəndələri iştirak edib.
    Mustafa Abbasbəyli ilk olaraq Agentiyin fəaliyyət istiqamətləri barədə məlumat verib, bir çox istiqamətlərdə özəl sektordan olan işəgötürənlərlə əməkdaşlıq edildiyini vurğulayıb. Xüsusilə peşə hazırlığının əhəmiyyətdən danışan M.Abbasbəyli işəgötürənlərin tələbləri əsasında qısa müddətdə ixtisaslı kadr hazırlığının həyata keçirildiyini vurğulayıb.
    Elşad Nuriyev Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti barədə məlumat verərək 2011-ci ildə Xəzər regionunda dəniz və ofşor sənaye üçün gəmiqayırma və gəmi təmiri xidmətləri göstərmək məqsədilə yaradıldığını bildirib. Qeyd edib ki, Zavod genişmiqyaslı xidmət göstərən yüksək keyfiyyətli gəmilər istehsal etməklə nüfuz qazanıb.
    Görüşdə həmçinin iki qurum arasında peşə hazırlığı istiqamətində birgə əməkdaşlığın qurulması, hazırlıq kurslarının təşkili və kursları uğurla başa vuran şəxslərin Zavodda işlə təmin edilməsi məsələləri müzakirə edilib, “Əmək və məşğulluq” altsistemindən istifadənin üstünlükləri barədə məlumat verilib.
    Daha sonra Agentliyin nümayəndələri Bakı Gəmiqayırma Zavodunun ərazisi və fəaliyyəti ilə tanış olub.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR