AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir

  • + A
  • - A
  • 25-05-2024, 13:50

    “Yaşıl gələcək naminə” aksiyası davam etdirilir


    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl gələcək naminə” aksiyasını Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında yerləşən dini ibadət yerlərində davam etdirib.

    May ayının 23-də Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin ətrafında keçirilən ağacəkmə aksiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

    İslam və qeyri-islam dini icma üzvlərini bir araya gətirərək ibadət evlərinin ətrafını, yaxınlıqdakı ictimai yerləri yaşıllaşdırmaq, dini icmalar arasında ümummilli məsələlərdə həmrəylik, eləcə də əməkdaşlığı daha da artırmaq məqsədilə keçirilən aksiyalarda ağac və gül tingləri əkilib, abadlıq işləri aparılıb.

    Qeyd edək ki, “Yaşıl gələcək naminə” ağacəkmə aksiyasına Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə may ayının 10-da start verilib.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR